Bu, elə bir nemətdir ki, yalnız layiqlərə verilər

Bu, elə bir nemətdir ki, yalnız layiqlərə verilər
08:37 1 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Hikmət - sirləri tanımaq və həqiqətlərdən agah olub, haqqa çatmaqdır. Allah bəzi insanlara pak və təqvalı olduqları üçün bu neməti əta edər. Bu insanlar da şeytanın vəsvəsələrini İlahi ilhamdan ayırar, yol hansıdır, tələ hansı - seçərlər. 

"Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz". ("Bəqərə" 269).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəli, hikmət elə bir nemətdir ki, insan onun sayəsində şeytanın tələlərini tanıya bilir və haqqı nahaqdan seçir. Nəyin vəsvəsə, nəyin ilham olduğunu müəyyən edə bilir. Hikmət insanı məğfirət vadisinə gətirər və insanı vəsvəsələrdən xilas edər.
Hikmətin mənası genişdir. O şey ki, insan elmini, düşüncəsini pis işlərdən saxlayar, o, hikmətdir. Bu, elə bir nemətdir ki, Allah onu hər kəsə verməz. Allahın iradəsi hər yerdə hakim olduğu üçün layiqli insanları tanıyır və Allah ən pak və ən təqvalı insanlara bu böyük nemətindən əta edir.
Sonra buyurur ki, hər kimə bu neməti versəm, bilsin ki, ona çoxlu xeyir verilmişdir. Yəni, hər kimə elm və hikmət verilsə, ona çoxlu xeyir verilmiş olar. Ancaq ağıl sahibləri bu həqiqəti qoruyub yiyə dura bilirlər. Onu yada salar və ondan istifadə edərlər. Bütün insanlar ağıl sahibi olmasına baxmayaraq, hamısı aqil deyildir. Bəlkə bu ayədə məqsəd o kəslərdir ki, öz ağıllarını işə salarlar və bu çırağın işığında həyat və səadət yolunda irəli gedərlər.
İslam alimlərdən biri deyir: "Bəzən olur ki, Allah bir millətə əzab vermək istəyir, lakin görəndə ki, müəllimlər uşaqlara hikmət öyrədir, bu əmələ görə əzab verməkdən əl çəkir".
Hədislərin oxuyuruq: "Hikmət - dində mərifətdir. Hikmət - Allaha itaət, İmamı tanımaq, kəbirə günahdan çəkinməkdir".
Bu ayədən çıxardığımız nəticələr:
1. Baxmayaraq ki, bəziləri üçün mal və dövlət xeyirdir, lakin ən böyük xeyir - hikmətdir, yəni, haqqı batildən ayırmaq qüdrətidir. O kəslər ki, öz mallarından infaq edər, çoxlu xeyirə çata bilərlər.
2. Şeytan həmişə yoxsulluğu vəd edər, Allah isə bağışlanmağı. Lakin bu iki yolu ayırmaq üçün hikmətə ehtiyac vardır.
3. Dünyanın mənfəəti azdır, ancaq hikmət çoxlu xeyir gətirər. Əgər bütün maddi imkanları bu yolda fəda etsək belə, buna dəyər.
4. Hikmət bütün xeyirlərin açarıdır. Hər kmdə o, olar, çox şeyə sahib olar.
5. Hər kim ki, hikmətin dəyərini bilməz, maddi şeylərə söykənər. Xeyir və ziyanı da maddi imkanlarda görər. Lakin aqil və uzaqgörən insanların mühasibəsi daha güclü olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR