Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan yaxın gələcəkdə regionda iri tranzit haba çevriləcək

Azərbaycan yaxın gələcəkdə regionda iri tranzit haba çevriləcək

Date: 1 November 2016 08:42

Azərbaycan yaxın gələcəkdə regionda iri tranzit haba çevriləcək.

Milli.Az bildirir ki, bunu Cibutinin liman və azad ticarət zonasının rəhbəri Əbubəkr Ömər Hadi Trend-ə eksklüziv müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif ölkələrin və regionların kəsişməsində yerləşən vacib coğrafi mövqeyə malikdir: "Təəccüblü deyil ki qədim İpək Yolu məhz buradan keçir. Çox yaxşı faktdır ki, hökumət Azərbaycanın regionda mühüm ticarət, tranzit habına çevrilmək konsepsiyasını canlandırmağa çalışır və yaxın gələcəkdə Azərbaycan məhz belə bir ölkəyə çevriləcək".

Ə.Ö.Hadi bildirib ki, Bakı beynəlxalq dəniz ticarət limanı ilə tanış olub və gördüklərindən kifayət qədər razı qalıb: "Liman çox böyük və yaxşıdır. Tikinti işlərinin davam etməsinə baxmayaraq, burada artıq gəmilər qəbul olunur və yola salınır".

Cibuti nümayəndəsi bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi Bakı limanının rəhbərliyi ilə əlaqələr qurmaqdır: "Biz əməkdaşlığın inkişafı məqsədilə memorandum imzalamaq niyyətindəyik. Əlaqələrimiz yaxın müddətdə yaxşı perspektiv vəd edir."

Milli.Az


Tags:  Azərbaycan yaxın gələcəkdə regionda iri tranzit haba çevriləcək

RƏYLƏR


Top news