Təfəkkürün 3 növü

Təfəkkürün 3 növü
08:52 1 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərim dini məcburi şəkildə qəbul etməyi açıq şəkildə bəyənmir və kərahətli hesab edir. Buyurur ki, bu əməl azad və agah şəkildə yerinə yetirilməlidir. O iman ki, məcburi şəkildə insana qəbul etdirilər, ürəyinə girməz və bu, dinimiz tərəfindən məzəmmət olunur. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran insanların əl və ayağında olan cəhalət zəncirini açmağın yolunu İslam dinində bilir. Hər kim Peyğəmbərə (s) iman gətirir, onun haqqında Allah buyurur: "Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun Kitabına) tabe olanlar - həmin nicat tapanlardır!". ("Əraf" 157).
İnsanı həqiqətləri dərk etməyə qoymayan və mane olan ən böyük amil - nadanlıq və cəhalətdir. Quranın təxminən 300-dən çox ayəsi bizləri təfəkkür etməyə dəvət edir: "Həqiqətən Biz onu ərəbcə bir Qur'an (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz". ("Yusif" 2).
Təfəkkürün növləri:
1. Quran haqqında təfəkkür. "Bəs məgər onlar bu Qur'anın (maarifi) barəsində düşünmürlər?!". ("Nisa" 82).
"Əgər Biz bu Qur'anı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr". ("Həşr" 21).
2. İnsanın və yerin yaradılışı haqqında təfəkkür etmək. "Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: "Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru"". ("Ali-İmran" 190-191).
"Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qur'andan) sonra hansı sözə iman gətirəcəklər?". ("Əraf" 185).
"Və məgər onlar öz-özlüklərində Allahın göyləri və yeri və o ikisinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf və məqsəd üçün) və yalnız məhdud və müəyyən bir müddət üçün yaratdığını fikirləşmədilərmi?". ("Rum" 8).
"Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (və heyvanlardan, bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır". ("Rəd" 3).
"Həqiqətən dünya həyatı göydən (qar və yağış şəklində) nazil etdiyimiz su kimidir ki, onun vasitəsilə insanların və heyvanların yedikləri yer bitkiləri bir-birinə qarışır. Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona (ondan bəhrələnməyə) qadir olduqlarını güman etdikləri zaman, (birdən) Bizim əmrimiz gecə, ya gündüz çağı (soyuq və ya isti, sel və ya da dolu şəklində) gəlib ona çatır. Beləliklə, onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş, quru ot şəklinə salırıq. Biz (Öz qüdrət və qəzəb) nişanələri(mizi) düşünən dəstə üçün (yaradılış və təqdir kitabında) belə ətraflı izah edirik". ("Yunus" 24).
3. Ziyan və fayda haqqında düşünmək. "Səndən şərab və qumar barəsində soruşurlar, de: "O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür". Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: "(Sizə) müyəssər olanı". Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz". ("Bəqərə" 219).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR