Bu gün Çempionlar Liqasında IV turun ilk oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında IV turun ilk oyunları keçiriləcək
08:52 1 Noyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının qrup mərhələsində  IV turun ilk oyunları keçiriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  turun ilk oyun günündə A, B, C və D qruplarındakı komandalar meydana çıxacaqlar.

İstanbulun "Beşiktaş" klubu öz meydanında İtaliyanın  "Napoli" klubunu qəbul edəcək. Şenol Günəşin komandası 3-cü turda gözlənilmədən Neapoldan 3 xalla qayıdıb - 3:2.  Qeyd edək ki, "Beşiktaş"-"Napoli" matçı digər oyunlardan fərqli olaraq Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Turun mərkəzi matçı  İngiltərədə keçiriləcək. "Mançester Siti" "Barselona"nı qəbul edəcək. Xatırladaq ki, "Kamp nou"-da keçirilən görüşdə kataloniyalılar Pep Qvardiolanın komandasını 4:0 hesabı ilə darmadağın edib.

1 noyabr

Çempionlar Liqası, qrup mərhələsi

A qrupu

23:45. "Bazel" (İsveçrə) - PSJ (Fransa)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə)

B qrupu

21:45 "Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya)

23:45. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

C qrupu

23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya)

23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

D qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Rostov" (Rusiya)

23:45. PSV (Hollandiya) - "Bavariya" (Almaniya)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR