Qurani-Kərimin şəfa verməsi necə baş verir?

Qurani-Kərimin şəfa verməsi necə baş verir?
08:57 1 Noyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir". ("Yunus" 57).

"Bu kitab iman gətirmiş kəslər üçün başdan-ayağa hidayət və (fərdi və ictimai xəstəliklər üçün) şəfadır". ("Fussilət" 44).
Şəfa sözü lüğətdə o şeyə deyilir ki, ya məhv olsun, ya da nicat tapsın. Ona görə də xəstənin şəfa tapması xəstəlikdən nicat tapmasıdır. 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran insanlar üçün şəfadır. Onları maddi və mənəvi süqutdan xilas edər və hidayət edər. Şəfa sözünün adətən əks mənaları - xəstəlik, eyb və nöqsandır. Quranın insan üçün yerinə yetirdiyi ilk iş - batinini hər cür əxlaq, fikri və ictimai xəstəliklərdən pak etməkdir. Sonra isə İlahi rəhmət ona şamil olar və İlahi əxlaqa bürünər.
İmam Əli (ə) buyurur: "Məkkənin fəthi günündə Peyğəmbərlə (s) bir yerdə Kəbənin yanına gəldik. Peyğəmbər (s) mənə buyurdu: "Əyləş!". Əyləşdim. Həzrət (s) çiynimə qalxdı (ki, ətrafdakı insanlar donu daha yaxşı görsün) və mən ayağa qalxdım. Həzrət (s) danışmağa başladı və buyurdu: "Hər kim Quran vasitəsilə şəfa axtarmaz və istəməz, Allah ona şəfa verməz".
Əbul-Futuh Razi Quranın şəfa olmasını üş şeydə görür:
1. Quran ona görə şəfadır ki, insanlar onun vasitəsilə zəlalət və yolunu azmaqdan hidayətə tərəf xilas olarlar. Xəstəlikdən şəfa tapan xəstələr kimi.
2. Quran aydın dəlillər gətirir və hər bir şəkk-şübhə sahibini hidayət edir və yol göstərir. Şəkkini aradan aparır.
3. İnsanlar Qurana təvəssül edib, ondan şəfa istəyə bilərlər. Hədislərimiz də bunu vurğulayır. "Həmd" surəsinin adlarından biri - şəfadır.
İmam Baqir (ə) buyurur: "Hər kimin xəstəsi olsa, sübh çağı namazdan sonra yeddi dəfə "Həmd" surəsini oxusun və ona üfürsün. Əgər olmasa, sonrakı gün belə etsin. 70 dəfə oxusun və mən şəfasına zaminəm. Məgər o halda ki, bu xəstəlik elə bir şey olsun ki, əcəli ondan olsun".
Ayətullah Cavadi Amuli Quranın şəfa olması haqqında yazır: "Əgər xəstə müalicə olunmaq istəyirsə, dərman onun xəstəliyinə şəfa deyildir. Çünki o qədər olub ki, xəstə dərman içib, lakin xəstəliyi şəfa tapmayıbdır. Allah Quranı dərman kimi tanıtmır, bəlkə şəfa adlandırır. Onun şəfa verməsi isə qəti məsələdir. Hər kim Qurana üz çevirər, onu başa düşər və qəbul edər, əməl edər - onun daxili xəstəlikləri aradan gedər. Məgər o halda ki, xəstə insan Qurana müarciət etməz, ya da müraciət etməsi meylinə görə olmazsa, ya da Qurana müraciət etdikdən sonra şəfaverici reseptlərini qəbul etməzsə, əməl etməzsə və ya yanlış əməl edərsə".
Bu nöqtəyə diqqət edək ki, əgər qüvvətli bir yeməyi alimə versək, təlim və tərbiyə üçün ondan kifayət qədərini götürər. Lakin əgər həmin yeməyi zalıma versək, onun gücündən zülm üçün istifadə edər. Fərq yeməkdə deyildir, təfəkkür tərzindədir.
Qurani-Kərim hər bir insana şəfa verə bilər. İlk növbədə insanı xəstəliklərdən xəbərdar edər. Əgər bu mərhələdə insan bu xəbərdarlığı ciddi qəbul etməzsə, əksinə əməl edərsə - xəstələnər. Bu zaman da Quran ona yol göstərər. Müalicə yolunu ona göstərər və əgər bu mərhələdə də insan Quranın sözünü eşitməzsə, ona əməl etməzsə, Allah onu öz başına buraxar və bu xəstə gün keçdikcə daha da pisləşər.
Quran hər bir xəstəliyin şəfasıdır: cəhalətin, şəkkin, qəm və qüssənin, qorxunun, ümidsizliyin, gələcəyə görə olan nigarançılığın...
Mömin Quranın şəfası sayəsində vilayətə çatar. "Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar". ("Yunus" 62).
Beləliklə Sübhan Allah buyurur: "Biz müalicə yolunu möminlərə nişan verərik. Nəinki təbib göndərərik, nəinki dərman göndərərik, bəlkə şəfa göndərərik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR