ABŞ rəsmisi: "Hərbi sahədə Azərbaycanla əməkdaşlığımız var"

ABŞ rəsmisi: "Hərbi sahədə Azərbaycanla əməkdaşlığımız var"
09:13 1 Noyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığı var. Düşünürəm ki, bu, gələcəkdə də davam edəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter deyib.

M.Karpenter Bakıda keçirdiyi görüşlər barəsində də danışıb: "Dünən müdafiə naziri, baş nazirin müavini və Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüş keçirdik. Bizim Azərbaycanla çox uğurlu, xüsusən də kibertəhlükəsizlik sahəsində tarixi əməkdaşlığımız var".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR