Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AMEA-nın müxbir üzvü vəfat edib

AMEA-nın müxbir üzvü vəfat edib

Date: 1 November 2016 09:22

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan elminə ağır itki üz verib.
“Report”un xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Övsat Abdinov vəfat edib.
Qeyd edək ki, Övsət Bəhram oğlu Abdinov 1944-cü il fevral ayının 23-də Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə edib.
1975-ci ildən indiyə kimi AMEA Fizika İnstitutunun “Yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəridir. Uzun müddət Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna şəh., Rusiya) çalışıb. Azərbaycanın müxtəlif universitetlərində (BDU, Neft Akademiyası) pedaqoji fəaliyyət göstərib. Azərbaycan Milli Grid Seqmentinin layihəsinin müəllifidir.
Elmi fəaliyyətinin əsas istiqamətləri yüksək enerjili adron-adron, adron-nüvə və proton – proton toqquşmalarında elementar zərrəciklərin və atom nüvələrinin xassələrinin tədqiqi olub. 
Birləşmiş Nüvə Tədgigatları İnstitutunda Azərbaycanın tamhüquqlu nümayəndəsinin müavini, Birləşmiş Nüvə Tədgigatları İnstitutunun Elmi Şurasının üzvü olub. 1997-ci ildən Avropa Nüvə Tədgigatları Mərkəzinin ATLAS kollaborasiyasında Azərbaycanın koordinatoru, ATLAS kollaborasiyasının üzvü olub.
Xarici və yerli elmi jurnallarda 300-dən artıq dərc edilən məqalənin müəllifi və həmmüəllifi idi. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Allah rəhmət eləsin!

Tags:  AMEA-nın müxbir üzvü vəfat edib

RƏYLƏR


Top news