Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

Date: 1 November 2016 09:27

Azərbaycan yanvar-avqust aylarında Türkiyəyə 4,33 milyard kubmetr qaz ixrac edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin Enerji bazarlarının tənzimlənməsi üzrə İdarəsinin (EPDK) saytında yerləşdirilmiş hesabata əsasən, ötən ilin müvafiq dövründə bu rəqəm 3,95 milyard kubmetr təşkil edib.

Hesabatda deyilir ki, bu il Azərbaycan qazı Türkiyənin idxal etdiyi mavi yanacağın 14,4 faizini təşkil edib.

Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

Milli.Az


Tags:  Azərbaycan Türkiyəyə qaz ixracını artırdı

RƏYLƏR


Top news