Əmanətlərin Sığortalanması Fondu 10 bank üzrə 651 milyon manat kompensasiya ödəyib

Əmanətlərin Sığortalanması Fondu 10 bank üzrə 651 milyon manat kompensasiya ödəyib
09:29 1 Noyabr 2016
45 Digər
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 31-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 41 milyon 747 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 048 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 887 min manatdan artıq kompensasiya ödənilib. Bu barədə Fonddan Lent.az-a daxil olan məlumatda bildirilir ki, 4 bank üzrə ümumilikdə 121 milyon 818 min manatdan artıq kompensasiya ödənilib.

Məlumatda bildirilir ki, oktyabrın 31-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 170 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

Həmin tarixdə həmçinin “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa, 31 oktyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 368 milyon 161 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 650 milyon 979 min manatdan artıq kompensasiya ödənilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR