Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Date: 1 November 2016 09:34

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının bu il keçirilmiş seçkilərində bu qurumun  həqiqi üzvü seçilib.

 

AMEA-dan Lent.az-a verilən məlumata görə, oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib. Rusiya Elmlər Akademiyasına üzv seçilən beynəlxalq səviyyədə tanınmış 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Elm nəhənglərinin sırasında akademik Abel Məhərrəmovun adı da yer alıb.

 

Qeyd edək ki, akademik Abel Məhərrəmov dünyanın bir çox qabaqcıl universitetlərinin Fəxri doktoru, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, bir neçə beynəlxalq təşkilatın, o cümlədən ECO-nun və ISESCO-nun elm üzrə mükafatçısıdır.


Tags:  Abel Məhərrəmov Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib


RƏYLƏR


Top news