"Dünyanın ən yaxşı oyunçusu Messidir, Ronaldu üçüncüdür"

"Dünyanın ən yaxşı oyunçusu Messidir, Ronaldu üçüncüdür"
09:37 1 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun prezidenti Xosep Mariya Bartomeu bildirib ki, o, kataloniyalıların hücumçusu Lionel Messini təkcə zəmanəmizin deyil, bütün futbol tarixinin ən yaxşı futbolçusu hesab edir.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu o, "The Telegraph"a müsahibəsində deyib.

"Messi futbol tarixinin ən yaxşı oyunçusudur, mən buna əminəm. Mən "Kamp Nou"da Maradona, Ronaldinyo, Kruiff kimi futbolçuları canlı görmüşəm. Onların heç biri Messi kimi olmayıb.

İndi mənim üçün bir nömrəli futbolçu Leodur, Neymar ikinci, Ronaldu isə üçüncüdür. Onların ardınca Suares, Beyl, Buskets, İnyesta və Qrizmann gəlir. Odur ki, dünyanın ən yaxşı futbolçuları Premyerada çıxış edirlər. İngiltərə Premyer Liqasında isə ulduzlar məşqçilərdir, futbolçular yox", - deyə Bartomeu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR