Yerli məşhurlar Soso Pavliaşvilinin səhifəsinə hücum etdilər

Yerli məşhurlar Soso Pavliaşvilinin səhifəsinə hücum etdilər
09:46 1 Noyabr 2016
48 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın gürcü əsilli müğənnisi Soso Pavliaşvilinin Bakıda konsert verməsinə bir çox yerli məşhurlar etiraz bildirib.

Axşam.az-ın məlumatına görə, prodüser Tarix Əliyev (Tolik) ifaçının İnstaqram səhifəsini paylaşaraq, izləyicilərindən onu şikayət etmələrini istəyib:

“Gəlin bu Sosoya dərsini birinci səhifəsini bağlamaqla bildirək. Hər müsahibəsində deyir ki, "erməniylə dost olmuşam, olacam da". Onda sənin Bakıda nə işin var? Necə Bakıda konsert verəcəksən? Qorxmursan səni daşa basacaqlar? Ağıllı ol, Azərbaycan dövləti səni sənətinə görə qara siyahıdan çıxardı, demədi ki, çox danış. Müğənnilər, qorxmayın, bu şəkli paylaşın ki, şikayət çox olunsun, səhifəsi bağlansın".

Əməkdar artist Lalə Məmmədova Tolikə dəstək olaraq, “Sağ ol ki, fanatlarını belə işlərə cəlb edirsən” deyib.

Müğənni daha sonra sevənlərini S.Pavliaşvilinin səhifəsini şikayət etməyə səsləyib:

“Xalqımı təhqir edən, tariximi danan, ziyalılarımı ələ salan, bacı-qardaşlarımızın qanı tökülüb, başı kəsilən torpaqlarımızda “Qarabağ ermənilərindir, bunu bütün dünya bilməlidir” deyə, bağıran birinin mənim torpağıma ayaq basmağa ixtiyarı yoxdur. Sənin xeyriyyə konsertinə qalmamışıq”.

Stilist Samiraldo, müğənni Zenfira İbrahimova da S.Pavliaşvilinin səhifəsinin şəklini paylaşaraq izləyicilərini onu şikayət etməyə səsləyib.

Qeyd edək ki, xalq artisti Ramiz Fətəliyev S.Pavliaşvilinin Bakıya gəlməsinə qarşı çıxmış, ona status yazmışdı. Soso isə açıqlamasında qarşı tərəfin ünvanına təhqirlər səsləndirmişdi.

Xatırladaq ki, S.Pavliaşvili qondarma "Dağlıq Qarabağ Respublikası"na konsertə getdiyi üçün Azərbaycanın qara siyahısına salınmışdı. O, bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş etmişdi. Müraciət müvafiq qaydada nəzərdən keçirilib və ifaçının Azərbaycan ərazisinə daxil olmasına icazə verilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR