Bakıda 26 yaşlı qadının intihar cəhdinin ŞOK SƏBƏBİ: Whatsapp SİRRİ AÇDI

Bakıda 26 yaşlı qadının intihar cəhdinin ŞOK SƏBƏBİ: Whatsapp SİRRİ AÇDI
10:13 1 Noyabr 2016
1241 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 26 yaşlı qadın intihara cəhdinin səbəbləri məlum olub.

Məlumata görə, Xəzər rayon prokurorluğunda aparılan araşdırmalar rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.

1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır.

Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub. Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O, özünü atmazdan əvvəl Whatsapp-la keçmiş sevgilisinə vida ismarışı da yazıb.

Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (Musavat.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR