Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədəki dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu

Gəncədəki dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu

Date: 1 November 2016 10:17

Gəncə-Şəmkir yolunda iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərdən hamısının şəxsiyyəti məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza nəticəsində ölən 3-cü şəxs, 1992-ci il təvəllüdlü Gədəbəy rayon sakini Nicat Ələkbərovdur. 
 
Dünən axşam Gəncənin qərb çıxışında ağır yol nəqliyyat qəzası baş verib. "VAZ 2106" və "Volkswagen Passat"" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Qəza zamanı "VAZ" avtomobilində olan, 1960-cı il təvəllüdlü Gədəbəy rayon sakini Rafiq Hüseynov həlak olub.

Xəsarət alanlar ""Volkswagen Passat""-da olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Vüsal Əhmədov xəstəxanada keçinib. 
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Tags:  Gəncədəki dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu

RƏYLƏR


Top news