Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda I Uroloji elmi-tibbi konfrans keçirilib - FOTO

Bakıda I Uroloji elmi-tibbi konfrans keçirilib - FOTO

Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə beynəlxalq konfrans keçirilir - FOTO (14 Mart 2017 12:42)
Bakıda “Zaman və Teatr” mövzusunda elmi-praktiki konfrans keçirilib (10 Mart 2017 14:17)
Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək (09 Mart 2017 17:37)

Tarix: 1 Noyabr 2016 10:18

Bakıda I Uroloji elmi-tibbi konfrans keçirilib.

Tədbir Vehbi Koç Fondunun Sağlamlıq Qurumlarının (Amerikan Xəstənası, Koç Universiteti Xəstəxanası və MedAmerikan Ambulator Mərkəzi) Azərbaycan üzrə rəsmi təmsilçisi olan “Rhazes Global” və Global Sağlamlıq” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutub.

Məqsəd iki ölkə arasında tibb sahəsində yeniliklərin müzakirəsi və istifadə olunan metodların qarşılıqlı fikir mübadiləsinin aparılması olub.

Konfransda urologiya sahəsi üzrə tanınmış professor Tarık Esen "Prostat diaqnozunda yeniliklər və urologiyada robotik cərrahiyyə”, professor Sergin Akpek isə “Multiparametrik prostat MR və MR müşayiətində biopsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçılarının sertifikatla mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, konfransda 150-dən çox həkim iştirak edib.


Teqlər:  Tibbi konfrans Uroloji elmi tibbi konfrans



RƏYLƏR


Top xəbərlər