Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ənvər paşanın nəvəsi vəfat etdi

Ənvər paşanın nəvəsi vəfat etdi

II Əbdülhəmidin nəvəsi vəfat etdi (10 Fevral 2017 13:27)

Tarix: 1 Noyabr 2016 10:24

1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın qardaşı nəvəsi Osman Mayatepek dünən gecə vəfat edib.

 

Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə Türkiyə Qəzetçilər Federasiyasının baş katibi Mehmet Ali Dim məlumat verib. O bildirib ki, son vaxtlar ağır xəstə olan Osman Mayatepek ötən gecə Ankaradakı Gülhanə Tibb Akademiyasında dünyasını dəyişib. Mərhumla vida mərasiminin sabah olacağı qeyd edilib.


Osman Mayatepek Türkiyənin hərbi naziri olmuş Ənvər paşanın nəvəsiydi. Məhz Ənvər paşanın dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.

Mərhum Osman Mayatapek Azərbaycana bağlı insan idi. O, Parlamemt Jurnalistləri Birliyinin dəvətilə Bakıda səfərdə olmuşdu.

Allah rəhmət eləsin!

 


Teqlər:  Ənvər paşanın nəvəsi vəfat etdi



RƏYLƏR


Top xəbərlər