İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib

İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib
10:27 1 Noyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ İtaliyalı qadın voleybolçu Paola Eqonu ölkə çempionatında məhsuldarlıq rekordu müəyyənləşdirib. "Report"un məlumatına görə, Romanın "Klub İtalia" komandasında çıxış edən 18 yaşlı idmançı "İl Bizonte" ilə qarşılaşmada 46 xal toplayıb.
O, xallardan 42-ni hücumda, 2-ni blokda, 2-ni isə topu oyuna daxil etmədə qazanıb. Lakin onun məhsuldarlığı komandasını 5 setədək davam etmiş görüşdə məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, Paola Eqonu Mariana İzabel Kontenin A2 seriyasında 1999-2000 mövsümündə müəyyənləşdirdiyi məhsuldarlıq rekordunu təkrarlayıb. Bunadək Konte İtaliyanın qadınlardan ibarət peşəkar voleybolçuları arasında 46 xalla mütləq rekordçu idi.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/i-taliyada-qadin-voleybolcu-bir-oyunda-yigdigi-xalla-yeni-rekord-mueyyenlesdirib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR