Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın aparıcı banklarından birinin rəhbərliyində dəyişiklik olacaq

Azərbaycanın aparıcı banklarından birinin rəhbərliyində dəyişiklik olacaq

Date: 1 November 2016 10:37

Bakı. 1 noyabr. REPORT.AZ/ Dekabrın 20-də "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, yığıncaq "Kapital Bank"ın Bakı şəhəri, Füzuli küçəsi,71 ünvanında yerləşən baş ofisində baş tutacaq. Səhmdarlar Bankın Müşahidə Şurasının tərkibinə dəyişiklik edəcəklər.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSBank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.

Tags:  Azərbaycanın aparıcı banklarından birinin rəhbərliyində dəyişiklik olacaq

RƏYLƏR


Top news