Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taekvondo və boks yığmalarının baş məşqçilərinin taleyinə aydınlıq gəlib

Taekvondo və boks yığmalarının baş məşqçilərinin taleyinə aydınlıq gəlib

Date: 1 November 2016 10:42

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medallar əldə etmiş taekvondo və boks üzrə Azərbaycan yığmalarının baş məşqçilərinin milli komandadakı gələcək taleyi ilə bağlı qərar verilib.

Milli.Az bildirir ki, bu barədə "Report"a hər iki federasiyada icraçı direktor vəzifəsində fəaliyyət göstərən Nağı Səfərov məlumat verib.

O, bildirib ki, taekvondo üzrə yığma komandanın baş məşqçisi Rza Mehmandustla müqavilə müddəti artırılıb. İranlı mütəxəssislə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qədər anlaşma əldə olunub. Bu müddətdə onun nəticələri qaneedici sayılsa, anlaşma müddəti yenidən artırıla bilər.
Boks yığmasının müqavilə müddəti başa çatan baş məşqçisi Pedro Roke isə istefaya göndərilib. N.Səfərovun sözlərinə görə, səbəb kubalı mütəxəssisin nəticələrinin federasiya rəhbərliyini qane etməməsidir. O bildirib ki, yeni baş məşqçi ilə bağlı qərar hələ verilməyib: "Namizədlər var. İdmançılar hazırda öz klublarında məşq edirlər. Ən geci 2017-ci ilin yanvarınadək yeni baş məşqçi təyin olunmalı və hazırlıqlara başlamalıyıq".

Qeyd edək ki, Azərbaycan taekvondoçuları "Rio-2016"da 1 qızıl, 2 bürünc, boksçular isə 1 gümüş, 1 bürünc medal qazanıblar. Hər iki federasiyanın prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.  

Milli.Az


Tags:  Taekvondo boks yığmalarının baş məşqçilərinin taleyinə aydınlıq gəlib

RƏYLƏR


Top news