BANM-də II Elm Festivalı çərçivəsində tədbir həyata keçirildi

BANM-də II Elm Festivalı çərçivəsində tədbir həyata keçirildi
11:05 1 Noyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində II Azərbaycan Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii tədbir keçirilib. Rektor Elmar Qasımov tədbir iştirakçılarını salamlayaraq, elmin vacibliyini vurğulayıb.

Milli.Az xəbər verir ki, o, ulu öndər Heydər Əliyevin elmin inkişafına verdiyi dəstəkdən danışaraq prezident İlham Əliyevin də hər zaman elmin və elm adamlarının yanında olduğunu xatırladıb və qeyd edib ki, bu festival elmin inkişafına böyük təkan verəcək.

Tədbir çərçivəsində BANM-in professoru Fuad Vəliyev, AMEA-nın Zoologiya İnstitutunun nümayəndəsi Elşad Əsgərov, FHN-in Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Texniki Təhlükəsizlik Elm-Tədqiqat İnstitutun direktoru Rüşdi Səfərov, BANM-in fəlsəfə doktoru Sənan Eminov və "Kimya Mühəndisliyi" ixtisasının V kurs tələbəsi, "İlin gənc tədqiqatçısı" müsabiqəsinin qalibi Nicat Qasımov çıxış ediblər. Tədbirin ədəbi-bədii hissəsində BANM-in tələbələri maraqlı ifaları və səhnəcikləri ilə iştirakçıların zövqlərini oxşayıblar. Həmçinin əməkdaşların və tələbələrin əl işlərindən ibarət kiçik bir sərgi təşkil edilib.

Qeyd edək ki, oktyabrın 31-i başlayan elmin populyarlaşdırılması və müasir gənclərin elmi fəaliyyətə fəal cəlb olunması məqsədilə reallaşdırılan "II Azərbaycan Elm Festivalı" 5 noyabr 2016-cı il tarixinə kimi Respublikanın Naxçıvan, Şəki, Sumqayıt və Gəncə kimi bölgələrində həyata keçiriləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR