Bakının xilaskarının nəvəsi öldü

Bakının xilaskarının nəvəsi öldü
11:17 1 Noyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur sərkərdəsi Ənvər Paşanın nəvəsi Osman Mayatəpək 66 yaşında vəfat edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Antalya vilayətinin Alanya rayonunda yaşayan və Braziliyanın Alanya fəxri konsulu olan Mayatəpək 10 gündür müalicə aldığı Gülhanə Tibb Akademiyasında dünyasını dəyişib.
 
Qeyd edək ki, Ənvər paşanın dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.
 
O, son müsahibəsində Ənvər Paşadan bəhs edərək babasının olduqca cəsur insan olduğunu demişdi:
 
"Paşa çox idealist, inanılmaz dərəcədə cəsarətli adam idi. Ölüm məvhumunu anlamayan, ölümdən qorxmayan biriydi. İsmət İnönü məni 17 yaşımda olarkən yanına çağırıb: "Mustafa Kamal, mən və baban arasında ən cəsuru sənin baban idi. Üçümüz də hərbçi idik. Biz qərargahda vəzifə istədik. Amma sənin baban Bolqar dağlarında quldur qovurdu. 54 dəfə ölümlə üz-üzə gəldi. Sənin babanla həmişə qürur duymuşam", - dedi".
 
Osman Mayatəpək kimdir?
 
Osman Mayatəpək 1950-ci ildə İsveçrənin Cenevrə şəhərində dünyaya gəlib. Ənvər Paşanın qızı Türkan xanımın oğludur. Osman Mayatəpəyin nənəsi isə Osmanlı xanədanından Naciyə Sultandır.
 
ABŞ-da Corctaun Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirən Mayatəpək ömrünün uzun bir hissəsini ölkə xaricində keçirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR