Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın icbari avtosığorta bazarı oktyabrda 1% azalıb

Azərbaycanın icbari avtosığorta bazarı oktyabrda 1% azalıb

Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb (03 Mart 2017 15:38)
Azərbaycanda icbarı avtosığorta bazarı 19% azalıb (03 Mart 2017 15:12)
Azərbaycan sığorta bazarı ötən il 10% böyüyüb (27 Fevral 2017 10:32)

Tarix: 1 Noyabr 2016 11:17

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 79 683 müqavilə qeydiyyata alınıb. "Report"a bu barədə İSB-dən bildirilib.
Bunların 9 975-ni xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Oktyabrda standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 mln. manatdan çox olub.
Ötən ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5%, sığorta haqlarının məbləğində isə 1,0% azalma müşahidə edilib.
Hesabat ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği sentyabr ayı ilə müqayisədə 1,2% artaraq 82,4 manat təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 870 047 sığorta müqaviləsi bağlanıb. Bağlanılan müqavilələr üzrə sığorta daxilolmaları 69,6 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2%, sığorta haqlarının məbləğində isə 7% artım müşahidə olunub.

Teqlər:  Azərbaycanın icbari avtosığorta bazarı oktyabrda azalıb



RƏYLƏR


Top xəbərlər