Barak və Mişel Obama Ağ evdə son bayramını belə qeyd etdi - VİDEO

Barak və Mişel Obama Ağ evdə son bayramını belə qeyd etdi - VİDEO
11:18 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Barak və Mişel Obama dünən Ağ evdə son Hellouin (Halloween) bayramını qeyd edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev ənənəvi olaraq nağıl üslubunda bəzədilib. Həmin gün prezident iqamətgahında nağıl qəhrəmanları və zombi kostyumları geyinmiş uşaqlar doyunca şənlənib, özləri isə: dövlət başçısı və xanımı Maykl Ceksonun “Thriller” mahnısının sədaları altında rəqs edib.

Prezident və xanımı qonaqlar arasında yerli məktəbliləri və hərbiçilərin uşaqları olan ailələri şəxsən qarşılayıb, həm də şirniyyat paylayıb. Uşaqlar bayram üçün dəniz quldurları nağıl qəhrəmanlarının, super qəhrəmanlar, dinozavrları və hətta hərbiçi kostyumları seçib. Ən maraqlısı isə bir neçə oğlanın özünü Obamaya bənzətməsi olub.

Hellouin hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bu bayram dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir. Məlumat üçün bildirək ki, Hellouin bayramı zamanı uşaqlar cin və ya cadugər paltarında qapı-qapı gəzib şirniyyat yığır, ev sahibləri heç nə verməyəndə, onlara hədə-qorxu gəlirlər. Şirniyyat istəmək və müxtəlif geyimlərdən başqa, Hellouin bəzi xüsusi oyunlar və falçılıq ilə bağlıdır. Hellouinin mühüm ənənələrdən biri qorxulu attraksionlardır.

Aytən



Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/174274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR