Vüsal Kərimli avtobus sahiblərinin qarşısında şərt qoydu

Vüsal Kərimli avtobus sahiblərinin qarşısında şərt qoydu
11:22 1 Noyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli paytaxtın Nizami rayonundakı Nəqliyyatı Mübadilə Mərkəzində (NMM) reyd keçirib, avtobusların vəziyyəti ilə maraqlanıb. Reyddə daşıyıcı şirkətlərin rəhbərləri də iştirak ediblər.

Milli.Az xəbər verir ki, monitoriq zamanı 57, 35, 36, 40, 81, 105 və bir sıra digər marşrut xətti üzrə hərəkət edən avtobuslara sahibləri ilə birgə baxış keçirilib.

Agentliyin rəhbərinin sözlərinə görə, o, avtobuslar və sürücülərdə bir sıra nöqsanlar aşkarlayıb:

"Sürücülərin sərnişinlərlə qeyri-peşəkar rəftarı, dayanacaqdan kənar saxlamalar, sənədlərin olmaması, avtobusların həm xarici, həm də daxil vəziyyətlərinin tələblərlə cavab verməməsi oldu. İndi hər daşıyıcının qarşısında şərt qoyulub, onların mərhələlərlə həll olunması üzrə işlər gedir".
 

V.Kərimli onu da qeyd edib ki, paytaxtda sərnişindaşımaya yararsız avtobuslar mərhələli şəkildə xətlərdən uzaqlaşdırılacaq: "Hazırda ümumi avtobus məlumat bazasını təkmilləşdirmişik. Bununla əlaqədar ilbəil utilizasiya proqramı hazırlanır. Hansı avtobuslar artıq ciddi dərəcədə yararlı deyilsə, onlar mərhələli şəkildə xətdən çıxarılacaq".
 

Daşıyıcılar isə nöqsanların aradan qaldırılacağına söz veriblər.

Qeyd edək ki, belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR