Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakutel-2016" sərgisində yeni layihələr və maraqlı həllər nümayiş olunacaq

"Bakutel-2016" sərgisində yeni layihələr və  maraqlı həllər nümayiş olunacaq

Date: 1 November 2016 11:35

29 noyabr - 2 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel 2016" sərgi-konfransı keçiriləcək.

Regionun ən böyük sahəvi tədbirlərindən biri olan "Bakutel" sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını bir araya toplayır. İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, "Bakutel" sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilmişdir.

Uzun illər ərzində "Bakutel" sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Regional Rabitə Birliyi (RSS) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı "Bakutel" sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.


Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətləri çıxış edirlər.
 

Bu ilki sərgidə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Avstriya, İran, Belarus, Xorvatiya, İsrail Ukrayna və digər ölkələr mili povilyonla təmsil olunacaq. İştirakçıların 40%-i "Bakutel" sərgisinin daimi eksponentləridir.  

Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil/rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. Ənənəvi olaraq, sərgidə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, "elektron hökumət" sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllər nümayiş olunacaqdır.
 

Sərgi çərçivəsində "Gözdən əlil uşaqlar üçün səsli kitabxana", "Muzeylərin rəqəmləşdirilməsi" "Google art project" layihələrinin təqdimatı, startapların geniş iştirakı baş tutacaq.

Eyni zamanda, sərgi çoxsaylı konfrans və forumlarla müşayiət olunacaq.
 

Sərgidə işgüzar görüşlər, müzakirələrlə yanaşı, bir sıra sürprizlər, eləcə də müsabiqə və viktorinalar sərginin bütün iştirakçı və ziyarətçilərinin yolunu gözləyir.




Tags:  Bakutel-2016 sərgisində yeni layihələr maraqlı həllər nümayiş olunacaq



RƏYLƏR


Top news