Yeni yol nişanlarının quraşdırılması təklif edilir - FOTO

Yeni yol nişanlarının quraşdırılması təklif edilir - FOTO
11:37 1 Noyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Yol nişanları da daim təkmilləşdirilməlidir.
 

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.


Ekspert yollarda yerli coğrafiyanı və canlıları nəzərə almaqla Azərbaycan üçün yeni yol nişanlarının quraşdırılmasını təklif edib:


"Şəkildəki xəbərdarlıq nişanı yolda suda-quruda yaşayanların kütləvi ola biləcəyi barədə xəbərdarlıq edir. Bu nişan İsveçrədə, Belarusda və bəzi başqa ölkələrdə var. Əsasən müvəqqəti - həmin canlıların kütləvi miqrasiyası vaxtı tətbiq edilir. Onun tətbiqindən əsas məqsəd qurbağaları xilas etmək (belə məqsəd də var) yox, sürücüləri mümkün qəzalardan qorumaqdır, çünki çoxlu sayda qurbağanın üstünə çıxan avtomobil, banan və ya qarpız qabıqlarının üstünə çıxan adam kimi ola bilər".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR