Nazir: "Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox investisiya qoyub"

Nazir: "Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox investisiya qoyub"
11:42 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilib. Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında azad ticarət rejimi mövcuddur: "Bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır".
 
Ş. Mustafayev deyib ki, Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Nazir əlavə edib ki, son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 mlrd. dollardan çox investisiya qoyub. O bildirib ki, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox birbaşa investisiya yönəldib: "Azərbaycanın "Karat Holdinq" şirkəti bu il Yesentuki şəhərində 25 mln. dollar dəyərində sanatoriya-kurort mərkəzini istifadəyə verib, "Azərsun Holdinq" Krasnodar vilayətində 8 mln. dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 mln. dollar dəyərində çay fabriki tikib. "Karvan-L" şirkəti Kabarda-Balkar Respublikasında "Stalprom" şirkətinin tikintisi və təchizatı, Dağıstanda isə təqribən 1,5 mln. dollar dəyərində "Anji" İdman Mərkəzinin tikintisi layihələrini reallaşdırıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR