16 yaşlı məktəblini bıçaqlayanın kimliyi müəyyənləşdi

16 yaşlı məktəblini bıçaqlayanın kimliyi müəyyənləşdi
11:42 1 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 31-də Şəmkir rayonunda orta məktəb şagirdini bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.

Milli.Az bildirir ki, Şəmkir Rayon Polis Şöbəsindən Trend-ə verilən məlumata görə, hadisəni törədən şəxs rayonun Yeni Həyat kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Abbasəli Xanlar oğludur. A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Şöbədən bildiriblər ki, hadisə şəxsi mübahisə nəticəsində baş verib: "Bıçaqlanan şəxs, 2000-ci il təvəllüdlü Ceyhun Məmmədov xəstəxanaya daxil olarkən hadisəni gizlədib. Əvvəlcə o, ifadəsində bildirib ki, məktəbdə yıxılıb və xəsarət alıb. Polis əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, C. Məmmədov bıçaqlanıb".

Xatırladaq ki, hadisə Yeni Həyat kəndində qeydə alınıb. 16 yaşlı məktəbli Ceyhun Məmmədov təhsil aldığı məktəbin yaxınlığında 11-ci sinif şagirdi tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

Yeniyetmə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR