Putin: "Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır"

Putin: "Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayır"
11:47 1 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əsrlərdir Rusiya ilə Azərbaycanı dostluq və mehriban qonşuluq  münasibətləri bağlayır".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin 7-ci Azərbaycan-Rusiya regionlararası forumun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.
 
Məktubu Rusiya Prezident Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.
 
Məktubda qeyd olunur ki, bu forum inteqrasiya proseslərinin inkişafına və qarşılıqlı maraq kəsb edən əməkdaşlığa təkan verəcək: "Ümid edirəm ki, forumda konstruktiv dialoq aparılacaq və onun gündəliyi iqtisadi əməkdaşlığa, korporativ əlaqələrinin dərinləşməsinə təkan verəcək".  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR