Bakıda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb

Bakıda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb
11:47 1 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Bakı şəhər sakinləri Səxavət Hacıyevə məxsus "Mazda" və Vəfa Hacıyevaya məxsus "Honda" markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Rasim Ağayev tutulub, dövlət qeydiyyat nişanları PB-yə təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-avtomobillerin-dovlet-qeydiyyat-nisanlarini-ogurlayan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR