Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçu keşiş oldu - FOTO

Məşhur futbolçu keşiş oldu - FOTO

Date: 1 November 2016 12:05

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq yarımmüdafiəçisi, Dumanlı Albionun ən məşhur futbolçularından biri Filip Malrayn katolik keşiş olub.

Milli.Az The Sun-a istinadən bildirir ki, 38 yaşlı Malrayn Uelsin paytaxtı Kardiffdəki Norviç və Kardiff katolik yeparxiyasında dyakon təki fəaliyyətə başlayacaq.

Əslən Şimali İrlandiyadan olan Filip 2009-cu ildə Papa İrland Kollecinə daxil olaraq teologiyanı öyrənməyə başlamışdı.

"Mançester Yunayted" futbol akademiyasının yetirməsi olan F.Malrayn sonradan "Norviç" və "Kardiff Siti" klublarında oynayıb. O, İrlandiya yığmasının heyətində 27 matç keçirərək 3 qol vurub.

Filip Malrayn Belfast şəhərindəki katolik kilsəsində Müqəddəs Taxta və Xaça and içib. Onun andını Dublin arxiyepiskopu, Dominikan Ordeninin mənsubu Diarmuid Martin qəbul edib.

Milli.Az









Tags:  Məşhur futbolçu keşiş oldu FOTO

RƏYLƏR


Top news