Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda üç gün ərzində qanunsuz ov edən 6 nəfər saxlanılıb

Azərbaycanda üç gün ərzində qanunsuz ov edən 6 nəfər saxlanılıb

Date: 1 November 2016 12:07

Bakı. 1 noyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən respublika ərazisində qanunsuz ovun qarşısının alınması məqsədilə bir neçə reydlər keçirilib. Bu barədə "Report"a DİN-nin mətbuat xidmətindən bilıdirilib.
Məlumatda qeyd olunub ki, son 3 gün ərzində keçirilən tədbirlər zamanı Neftçala rayonunun Şirvanlı qəsəbəsində Bakı şəhər sakini Şövqü İlyasov, Salyan rayonunun Xələc kəndində rayon sakinləri Zaur Abdullayev və Mirağa Axundov, İmişli rayonu ərazisində Bakı şəhər sakini İsrafil İsmayılov, Sabirabad rayon sakini Şahin Ağayev və Allahmədətli kənd sakini Marif Rəhimov saxlanılıblar.
Qanunsuz ovla məşğul olanlardan ümumilikdə 6 ədəd ov silahı, o cümlədən 1 ədəd "Tulip" markalı, 1 ədəd "Baettihsoli" markalı, 1 ədəd "MR-153" markalı və 3 ədəd "İJ-58" markalı silahlar götürülüb.
Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.
Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

Tags:  Azərbaycanda üç gün ərzində qanunsuz ov edən nəfər saxlanılıb

RƏYLƏR


Top news