Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaq bağçasında ŞOK OLAY: İki qadın oğlan uşaqlarını cinsi istismar etdi

Uşaq bağçasında ŞOK OLAY: İki qadın oğlan uşaqlarını cinsi istismar etdi

Date: 1 November 2016 12:08

Danimarkada ötən həftə bağlanılan və miqrant uşaqların sığındığı Tullebölle Uşaq Bağçası ilə bağlı şok bir iddia ortaya atılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müəssisədə çalışan iki qadın oğlan uşaqlarını cinsi istismara məruz qoyub.

Məlumata görə, uşaqlar 15-17 yaşlarında olub. Cinsi istismarla bağlı görüntülərin ortaya çıxmasından sonra Uşaq Mərkəzinin bağlanılması barədə qərar verilib.

İlk cinsi istismar hadisəsi barədə polisə iyunun 10-da xəbər verilib. Lakin müəssiəsinin yerləşdiyi Langeland bələdiyyəsi bundan yalnız 10 gün sonra xəbərdar edilib. Tullebölle Uşaq Mərkəzinin bağlanma səbəbi isə “miqrant uşaqların çoxlu problemlər yaratması” göstərilmişdi.

Qeyd edək ki, daha əvvəl Yunanıstanda yerləşən miqrant düşərgələrində baş verən cinsi zorakılıqlar barədə xəbərlər yayılıb.

Ömər Dağlı


Tags:  Uşaq bağçasında ŞOK OLAY İki qadın oğlan uşaqlarını cinsi istismar etdi

RƏYLƏR


Top news