Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Hansı hallarda yaşıllığa görə ziyana düşə bilərsiniz?

Hansı hallarda yaşıllığa görə ziyana düşə bilərsiniz?

Date: 1 November 2016 12:12

Azərbaycanda yaşıllıqlara dəymiş ziyanla bağlı maddi məsuliyyətə səbəb olan hallar müəyyənləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nda əksini tapıb.
 
Bu Qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir.
 
Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı aşağıdakı hallarda maddi məsuliyyətə cəlb edilirlər:
 
-  yaşıllıqların zədələnməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsinə görə;
 
-  yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə;
 
- yaşıllığın götürülməsi vərəqi olmadan ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və ya bərpa edilməsi şərtilə götürülməsinə (kəsilməsinə) görə;
 
- yaşayış məntəqələrində, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, dəmir yolunun, su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində davar, iribuynuzlu mal-qara, at və dəvələrin otarılmasına görə;
 
-  yaşıllıqların salınması üçün nəzərdə tutulan tingliklərdə və böyütmə yerlərində toxmacarların, tinglərin, gül-çiçəklərin və ot bitkilərinin məhv edilməsinə görə;
 
-  yaşıllığın, bələdiyyələrin istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarının yaşıllığın götürülməsi haqqında qərarlarında başqa əraziyə köçürülməsi əks olunduğu halda, müvafiq tədbirlərin həyata keçirilməməsinə görə;
 
- şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanunazidd digər hərəkətlərin qarşısının ona cavabdeh olan şəxslər tərəfindən alınmamasına və qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə.
 
Yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

Milli.Az


Tags:  Hansı hallarda yaşıllığa ziyana düşə bilərsiniz

RƏYLƏR


Top news