Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Yas yerinə də “Stefano Ricci” geyinirəm” - Hacı İbrahim

“Yas yerinə də “Stefano Ricci” geyinirəm” - Hacı İbrahim

Date: 1 November 2016 12:17

Bu fikirləri açıqlamasında “Avesta” konserninin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli geyimi barədə danışarkən bildirib.

İş adamı ancaq bu brendlərin məhsullarından istifadə etdiyini deyib:

“Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayırlar. Bu firmaların yeni malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.

İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb:

“Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”.

Hacı İbrahim yas yerinə də tanınmış firmalardan geyindiyini söyləyib:

“O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”. (Olke.az)


Tags:  Haci İbrahim Nehremli Avesta konserni Stefano Ricci

RƏYLƏR


Top news