Türkiyədə başına bir milyon lirə qoyulan PKK terrorçusu məhv edildi

Türkiyədə başına bir milyon lirə qoyulan PKK terrorçusu məhv edildi
12:17 1 Noyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Başına bir milyon türk lirəsi qoyulan (330 min dollara yaxın) terrorçu PKK qruplaşmasının silahlısı məhv edilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, "Ahmet İpek" kod adlı Çekdar Zinar Türkiyənin Dağlıca bölgəsində zərərsizləşdirlib. 
Məlumata görə, o, Hakkari əyalətinin Dağlıca bölgəsində təhlükəsizlik qurumunun 8 əməkdaşının qətlində iştirak edib. Ona görə də barəsində axtarış elan edilib və başına bir milyon türk lirəsi qoyulubmuş. 
Bundan başqa, başlarına 300 min türk lirəsi (100 min dollar) qoyulan Vahdettin Uyanık və Şerifa Naşa Suriyada "YPG" (terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri) sıralarında döyüşdə zərərsizləşdiriliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR