Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah da hava yağıntılı olacaq

Sabah da hava yağıntılı olacaq

Date: 1 November 2016 12:24

 

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu Abşeronda gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10° isti olacaq. 

 

Azərbaycanın rayonlarında isə sabah arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-6, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

 

Noyabrın 2-də Abşeron yarımadasında yağıntılı və arabir güclənən külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin və təmiz olması müsbət amildir. Noyabrın 3-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 


Tags:  Sabah hava yağıntılı olacaq


RƏYLƏR


Top news