Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölümlə nəticələnən qəzalarla bağlı RƏSMİ MƏLUMAT

Ölümlə nəticələnən qəzalarla bağlı RƏSMİ MƏLUMAT

Date: 1 November 2016 12:29

Daxili İşlər Nazirliyi dünən ölkədə baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 31-də saat 09 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində Masallı rayon sakinləri Qeyrət Allahverdiyevin idarə etdiyi "VAZ-2107" və Akif Mirişovun idarə etdiyi "Kamaz" markalı avtomobillər toqquşub və nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

 

Bundan başqa oktyabrın 31-də saat 21 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində kənd sakini Azadxan Hüseynovun idarə etdiyi "VAZ-21154" və Astara rayon sakini Asim Rəsulovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə A.Hüseynov hadisə yerində ölüb, avtomobillərdə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib.

 

Gün ərzindəki ən ağır qəza isə Gəncədə qeydə alınıb. Oktyabrın 31-də saat 21 radələrində Nizami (Gəncə) rayonunun Sevinc qəsəbəsində Gədəbəy rayon sakini Rafiq Hüseynovun idarə etdiyi "VAZ-2106" və Şəmkir rayon sakini Ricad Qafarovun idarə etdiyi "Volksvagen" markalı avtomobillər toqquşub. Nəticədə R.Hüseynov və sərnişini Nicat Ələkbərov, habelə R.Qafarovun sərnişinlərindən Vüsal Əhmədov hadisə yerində ölüb, R.Qafarov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Hər 3 faktla bağlı araşdırma aparılır.


Tags:  Ölümlə nəticələnən qəzalarla bağlı RƏSMİ MƏLUMAT


RƏYLƏR


Top news