Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 70 nəfəri yardımlarla təmin edib

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 70 nəfəri yardımlarla təmin edib

Date: 1 November 2016 12:32

Bakı. 1 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu ilin ötən dövründə 70 nəfəri yardımla təmin edib. 
Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 
Onlardan 50 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yönləndirdiyi insan alveri qurbanları, 20 nəfərini isə qeyri-hökumət təşkilatlarının yönləndirdiyi və ya fərdi olaraq müraciət edən, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan insanlar təşkil edib.
Ümumilikdə 70 nəfər şəxs mərkəzin xidmətləri ilə əhatə olunub və onlardan bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə 30 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 13 nəfərə tibbi yardım göstərilməsi təmin edilib. 31 nəfərin məşğulluğuna, 15 nəfərin peşə hazırlığına cəlb olunmasına müvafiq köməklik edilib. Həmin insanların əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, eləcə də insan alverinin qurbanına çevrilmək təhlükəsi aradan qaldırılıb. İnsan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi ilə üzləşmiş şəxslərin bir hissəsi ilə işlər isə davam etdirilir.
Nazirlikdən bildirilib ki, insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması tədbirləri də həyata keçirilir. Prezidentin 2014-cü il 24 iyul tarixli 667 nömrəli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, mərkəz ölkənin bölgələrində yerləşən peşə məktəbi və liseylərdə, gənclər və idman idarələrində, cəzaçəkmə müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər həyata keçirib.
Tədbirlərin iştirakçılarına insan alveri və insan alverinə qarşı mübarizə, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib. Onlara buklet və kitabçalar, aidiyyəti mövzuda sosial çarxı əks etdirən disklər təqdim olunub. Həmçinin sərhəd-nəzarət buraxılış məntəqələrinə insan alveri ilə mübarizə mövzusunda məlumat xarakterli kitabçalar, bukletlər paylanıb, həmin məntəqələrdə bu mövzuda posterlər quraşdırılıb.

Tags:  İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 70 nəfəri yardımlarla təmin edib

RƏYLƏR


Top news