Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirdi

Bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirdi

Date: 1 November 2016 12:37

İtaliyalı qadın voleybolçu Paola Eqonu ölkə çempionatında məhsuldarlıq rekordu müəyyənləşdirib.

Milli.Az Report-a istinadən xəbər verir ki, Romanın "Klub İtalia" komandasında çıxış edən 18 yaşlı idmançı "İl Bizonte" ilə qarşılaşmada 46 xal toplayıb.

O, xallardan 42-ni hücumda, 2-ni blokda, 2-ni isə topu oyuna daxil etmədə qazanıb. Lakin onun məhsuldarlığı komandasını 5 setədək davam etmiş görüşdə məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, Paola Eqonu Mariana İzabel Kontenin A2 seriyasında 1999-2000 mövsümündə müəyyənləşdirdiyi məhsuldarlıq rekordunu təkrarlayıb. Bunadək Konte İtaliyanın qadınlardan ibarət peşəkar voleybolçuları arasında 46 xalla mütləq rekordçu idi.

Milli.Az


Tags:  oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirdi

RƏYLƏR


Top news