Kəndlərdə məktəb var, amma şagird yoxdur

Kəndlərdə məktəb var, amma şagird yoxdur
12:42 1 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunun 40-a yaxın məktəbinin hər sinfində cəmi 4-5 şagird təhsil alır.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a İsmayıllı rayon Təhsil Şöbəsindən məlumat verilib. Bildirilib ki, İsmayıllı rayonunda kiçik kəndlər çox olduğundan, kəndlər arasında gediş-gəlişin çətinliyi nəzərə alınaraq belə məktəblər saxlanılıb. 

"Rayonda 80 məktəb var ki, bunun 40-a yaxınında az şagird təhsil alır. Hər sinifdə, demək olar ki, 4-5 şagird oxuyur. Ona görə ibtidai siniflərdə dərslər komplektləşdirilmiş şəkildə keçirilir. Lakin yuxarı siniflərdə dərslər hər sinfə ayrı-ayrı tədris olunur. Həmçinin ucqar kəndlərdə həvəsləndirmə olduğu üçün müəllimlər son illərdə bu məktəblərdə dərs deməyə gəlirlər". 

İsmayıllının Aşağı Zərnava kənd ümumi orta məktəbinin müəllimi Nadir Orucov AzVision.az-a bildirib ki, məktəbdə 1-4 siniflərdə 18 şagird, 5-9 siniflərdə isə cəmi 21 şagird təhsil alır. Hər sinifdə 3-7 şagird oxuyur. 2-ci sinifdə isə cəmi 1 şagird var. Ümumi orta məktəb olduğu üçün şagirdlər 9-ci sinifdən sonra qonşu Qubaxəlilli tam orta məktəbində təhsillərini davam etdirirlər".

N.Orucov bildirib ki, kənddə yaşayış səviyyəsi aşağı olduğundan, işsizlik, istehsal və ferma olmadığı üçün gənc ailələr oranı tərk edirlər.

Yuxarı Zərnava kənd tam orta məktəbinin direktoru Vüqar Orucov isə saytımıza deyib ki, onlarda hər sinifdə cəmi 4-5 şagird təhsil alır. "Dərslər komplektləşdirilmiş şəkildə keçirilir. Əsasən 1-3-cü siniflər və 2-4-cü sinfin şagirdləri birlikdə təhsil alırlar. Dərslərin cədvəlləri elə təşkil olunur ki, eyni dərslər bir vaxtda tədris olunur".

V.Orucov bildirib ki, gənc ailələr kəndi tərk etdiyi üçün dərsə gedən uşaqların sayı xeyli azalıb.

Qeyd edək ki, Azərbaycanda 5 nəfərdən az şagirdi olan orta məktəblər də mövcuddur. Təhsil Nazirliyindən bildirilib ki, Ağsu, Yardımlının 5, Lerik, Daşkəsən, Qobustan, İsmayıllının 3, Şabran, Zaqatalanın 2, Neftçala, Oğuz, Ordubad, Qusar, Şamaxı, Şəmkir, Lənkərən, Cəlilabad rayonun 1 kənddində 5 nəfər şagird təhsil alır. Bundan əlavə, Daşkəsən Yolqullar kənd ibtidai məktəbində, Neftçala rayon Mayaq kənd ibtidai məktəbində, Zaqatalanın Meşkeş ibtidai məktəbində, Qobustan Qaracuzlu kənd ibtidai məktəbində cəmi 2 şagird oxuyur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR