16 yaşlı türk müğənniyə daha bir zərbə - səhnədən getdi

16 yaşlı türk müğənniyə daha bir zərbə - səhnədən getdi
12:46 1 Noyabr 2016
42 Şou
Ölkə mətbuatı
A- A+

18 yaşından kiçik olduğu üçün gecə klublarında səhnəyə çıxması İstanbul valiliyi tərəfindən qadağan edilən Aleyna Tilkiyə daha bir zərbə vurulub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Almaniyada fəaliyyətini davam etdirmək istəyən türk müğənninin Ştutqartda verəcəyi konsert də ləğv olunub.

Gecə klubunun sahibləri 6 ay əvvəl müqavilə imzaladıqları Tilkinin 16 yaşı olduğunu öyrənincə şoudan imtina ediblər. Ştutqartda fotosessiya etdirib İstanbula qayıdan müğənni artıq səhnədən uzaqlaşamağa qərar verib. O, 1 il 4 ay sonra səhnəyə çıxacağını deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR