Rusiyalı nazir müavini Azərbaycan şirkətlərini xüsusi iqtisadi zonaya dəvət etdi

Rusiyalı nazir müavini Azərbaycan şirkətlərini xüsusi iqtisadi zonaya dəvət etdi
12:47 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiya Azərbaycan şirkətlərini Həştərxan vilayətində yerləşən "Lotos" xüsusi iqtisadi zonasında işləməyə dəvət edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumda Rusiyanın İqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski açıqlama verib.

Nazir müavininin sözlərinə görə, "Lotos" xüsusi zonası azərbaycanlı investorlara çalışmaq üçün optimal şərtlər təklif edir. Bununla bağlı forum çərçivəsində bir sıra razılaşmaların imzalanacağı gözlənilir.

A.Tsıbulski iki ölkə arasında regionlararası və şirkətlərarası ümumilikdə 11 sənədin hazırlandığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/485184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR