Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda sərnişindaşımaya yararsız avtobuslar utilizasiya ediləcək

Bakıda sərnişindaşımaya yararsız avtobuslar utilizasiya ediləcək

Date: 1 November 2016 12:52

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində taniş olmaq məqsədi ilə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində (8-ci km bazarının yaxınlığındakı dayanacaq cibində) monitorinq keçirib. Bu barədə "Report"a BNA-dan bildirilib.
Məlumata görə, monitorinqdə Agentliyin baş direktoru Vüsal Kərimli, müvafiq şöbələrinin məsul şəxsləri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər. Monitorinq çərçivəsində 8-ci km bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xətləri üzrə 10-dan artıq avtobusa baxış keçirilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır.
V.Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. Bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Montorinq zamanı aşkrarlanan bütün çatızmalıqlar ayrı ayrılıqda aktlaşdırılıb.
Baş direktor müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib. Onun sözlərinə görə, paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanılıb. Bununla bağlı nəzərdə tutulan tədbrilər planına əsasən, ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb. Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobuslar sərnişindaşımadan kənarlaşdırılacaq.
V.Kərimli sürücü-sərnişin münasibətlərində də müəyyən çatışmazlıqların olduğunu vurğulayıb. O, daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbrilər görüləcək.












Tags:  Bakıda sərnişindaşımaya yararsız avtobuslar utilizasiya ediləcək

RƏYLƏR


Top news