"Dövlət tibb müəssisələrinin statusunun dəyişməsi tibbi sığortanın tətbiqini asanlaşdıracaq"

"Dövlət tibb müəssisələrinin statusunun dəyişməsi tibbi sığortanın tətbiqini asanlaşdıracaq"
12:57 1 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dövlət tibb müəssisələrinin təşkilati-hüquqi forma baxımından publik hüquqi şəxslərə çevrilməsi icbari tibbi sığortanın tətbiqi prosesini asanlaşdıracaq".

Milli.Az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin APA-nın sorğusuna cavab olaraq deyilib.

Qeyd olunub ki, tibb müəssisələri müstəqil balansa, bank hesablarına malik olacaqlar, bu tipli hüquqi şəxslər üçün dövlət büdcəsindən savayı digər maliyyə mənbələrini özlərində toplamaq imkanı yaradılacaq: "Sadalanan faktlar publik hüquqi şəxslərin fəaliyyətinin icbari tibbi sığortanın tələblərinə uyğun gəlməsini bir daha sübut edir".
 
"Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə ölkə prezidentinin fərmanının 1.2-ci bəndinin icrası məqsədilə dövlət tibb müəssisələrinin yeni nümunəvi nizamnaməsi hazırlanıb", - deyə bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR