"Bundan sonra daha güclü olacağam” - Dario Frederiko

"Bundan sonra daha güclü olacağam” -   Dario Frederiko
12:57 1 Noyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz”in aparıcı futbolçularından olan Dario Frederiko zədəsini sağaltmaqla məşğuldur. Fanat.Az xəbər verir ki, Premyer Liqanın VIII turu çərçivəsində AZAL-a qarşı səfər oyununda sıradan çıxan futbolçu hazırda müalicə olunur. Müalicəsi ilə paralel olaraq, həkimlərin razılıq verəcəyi təqdirdə o, bu həftədən məşqlərə başlaya biləcək. 


Bu arada, brazliyalı zədəsi, müalicə prosesi, azarkeşlər və digər mövzularla bağlı kapazpfc.az saytının suallarını cavablandırıb. Frederiko əvvəlcə özünü necə hiss etməsindən danışıb: “İndi hər şey yaxşıdır, özümü normal hiss edirəm. Müalicə prosesi uğurla davam etdirilir. Ağrılar, çətinliklər artıq arxada qalıb. Təəssüfləndiyim məqam, komandama kömək edə bilməməyimdir. Amma tezliklə bərpa olunub, heyətə dönməyə çalışacağam”. 


Frederiko ötən mövsüm də məhz AZAL-la oyunda zədələnmişdi. Həmin vaxt futbolçunun zədəsi olduqca ciddi olduğundan əməliyyata ehtyac duyulmuş, son nəticədə orta xətt oyunçusu çempionatı erkən başa vurmalı olmuşdu. Dario acı təsadüf haqda belə danışıb: “Oyunun son dəqiqəsi idi, top mənə düşəndə anidən sürət yığmağa başladım. Lakin sona kimi qaça bilmədim, ayağımda şiddətli ağrılar yarandı. Öncə daha ciddi zədələndiyimi fikirləşdim, tibb personalının ilkin baxışı zamanı 2-3 həftəlik bir şey olduğu deyildi. Səhəri müayinədən keçdim, həkimlər yanılmamışdı. Yenidən eyni komanda ilə matçda zədələnməyimi sadəcə, bəxtsizliklə bağlayardım. Bu, bir qismətdir və zədə futbolun bir hissəsidir. Əminəm ki, bundan sonra daha güclü olacağam”. 


Dario gəncəli azarkeşlərin sevimli oyunçulardandır. Bu üzdən də futbolsevərlərin ona görə narahatlıq keçirməsi başa düşüləndir. Bununla bağlı futbolçunun fikirləri də maraqlıdır: “Fanatları sakit olmağa çağırıram, narahat olmasınlar. Tezliklə yenidən meydanlara dönüb, qollar və qələbələrlə onları sevindirməyə səy göstərəcəyəm”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbundan-sonra-daha-guclu-olacaam-t53807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR