Belə əxlaqsız pilot olmamışdı - AVİAŞİRKƏTDƏ QALMAQAL - FOTO

Belə əxlaqsız pilot olmamışdı - AVİAŞİRKƏTDƏ QALMAQAL - FOTO
13:05 1 Noyabr 2016
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyanın ən böyük aviaşirkəti, dünyanın ən məşhur və nüfuzlu aviaşirkətlərindən sayılan "British Airways"də böyük qalmaqal yaşanır.

Aviaşirkətin təcrübəli pilotlarından olan Kolin Qloverin əxlaqsızlığı aşkarlanıb.

Milli.Az The Sun of Sunday-ə istinadən bildirir ki, BA pilotu idarə etdiyi sərnişin təyyarəsi səmada olanda pilot kabinində pornoqrafik jurnallar oxuyub, sonra da qadın corabları geyinərək ayaqlarını təyyarənin sükanına qoyaraq fotosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.

Kolin Qloverin sosial şəbəkələrdəki profillərində onun yarıçılpaq və çılpaq fotoları da az deyil.

Həmin fotoların böyük qismi pilotun "iş" yerində, Boeing 777 sərnişin təyyarəsinin pilot kabinində çəkilib.

İngiltərənin Berkşir qraflığındakı Vindzor şəhərində doğulan və hazırda İrlandiyanın paytaxtı Dublində yaşayan 51 yaşlı Kolin Qlover bu fotoları çəkdiyini təkzib edir: "O fotoşəkillərdəki mən deyiləm".

BA isə 26 illik təcrübəyə malik pilotunu qalmaqalla bağlı işdən kənarlaşdırıb.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/485089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR