Bu gündən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinə dair icbari sığorta müqaviləsi online, yəni kağızsız bağlanacaq.
Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.
Amma onun sözlərinə görə, sürücülər bir məqamı da unutmamalıdırlar: ""Yol hərəkəti haqqında" Qanun yolda hərəkət edən sürücüdə kağızda sığorta şəhadətnaməsi olmasını tələb edir. Ona görə də qanuna dəyişiklik olana qədər kağızı da çap edib götürün".
Yusif Nəsirli
Milli.Az