"Mothercare"də ananı təhqir etdilər - RÜSVAYÇI TƏLƏB - FOTO

"Mothercare"də ananı təhqir etdilər - RÜSVAYÇI TƏLƏB - FOTO
13:08 1 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

"Onların tələbi əslində təhqirdi. Bir anlıq düşünün - anaya deyirlər ki, südəmər körpəsini yemləməyi dayandırsın, dükanı tərk etsin. Özü də harada - ana və uşaqlar üçün malların, məhsulların satışı üzrə ixtisaslaşmış dükanda..."

29 yaşlı Zoi Frenqu İngiltərənin Kent qraflığındakı Blyuuoter şəhərində yerləşən "Mothercare" dükanında absurd tələblə qarşılaşdığını Facebook-dakı profilində yazıb.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Zoinin sözlərinə görə, qucağında üç aylıq oğlu ilə "Mothercare" dükanına yollanıb. Məqsədi oğlu Eliasa uşaq bezi almaqdı.

"Dükanda olanda Elias ağlamağa başladı. Acmışdı, süd istəyirdi, sakitləşmək bilmirdi. Naçar qalıb bir tərəfə çəkildim, oğlumu əmizdirməyə başladım. Bunu dükanın işçiləri gördülər. Bir qədər sonra menecer mənə yaxınlaşdı və dedi ki, "Mothercare" dükanında uşaq əmizdirmək olmaz. Heyrətdən nə deyəcəyimi bilmədim. Axı bu dükan analar və uşaqlar üçündür..."

"Mothercare" bəyan edib ki, olay araşdırılır: "Dükanlarımızda anaların uşaqlarını əmizdirməsi normal haldır və bunu dəstəkləyirik. Analar uşaqlarını dükanlarımızın istənilən yerlərində əmizdirə bilərlər".



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR