Bakıda daha bir marşrut üzrə gediş haqqı kartla ödəniləcək

Bakıda daha bir marşrut üzrə gediş haqqı kartla ödəniləcək
13:12 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gündən Bakıda daha bir marşrut avtobus xəttində ödəniş vahid kart sisteminə keçirilib. Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, qurum ictimai nəqliyyatda vahid kart ödəmə sisteminə keçidlə bağlı daşıyıcılar qarşısında qoyduğu tələbin yerinə yetirilməsi istiqamətində işləri davam etdirir. Artıq Bakı şəhərində 15 marşrut xətti üzrə avtobuslarda ödəniş vahid kart sistemi ilə həyata keçirilir. Bu gündən isə 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər də gediş haqqını "Bakı Kart"ları vasitəsi ilə ödəyəcəklər.
Vahid kart ödəmə sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin, şərnişinlərin "Bakı Kart"larını rahat şəkildə əldə edə bilməsi, eləcə də karta məbləğin yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub. İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakida-daha-bir-marsrut-uzre-gedis-haqqi-kartla-odenilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR